“Təqdimat və ünsiyyət bacarıqları” üzrə təlim

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi davam edir. Layihə çərçivəsində 14-16 dekabr 2013-cü il tarixlərində Qəbələ şəhərində yerləşən Gabala Riverside otelində “Təqdimat və ünsiyyət bacarıqları” üzrə təlim keçirilmişdir.

Təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş gənclərin qeyd olunan istiqamət üzrə bilik və bacarıqlarının artırılması, eyni zamanda bu sahə haqqında ətraflı məlumatın gənclərimizə çatdırılması olmuşdur.

İki gün həyata keçrilən tədbirin təlimçisi, müvafiq sahə üzrə mütəxəssis Vüqar Baba tərəfindən təlim iştirakçıları üçün “İctimaiyyətlə əlaqələr nədir? / Qədim dövrdən etibarən təqdim etmənin formaları”, “PR-ın vasitələri və alətləri”, “Sosial şəbəkələrdə ünsiyyət, Viral reklam, Virus PR, Teaser PR”, “Korparativ Sosial Məsuliyyət” və digər mövzularda təqdimatlar təqdim olunmuşdur. Eyni zamanda “Sosial yönümlü ictimaiyyətlə əlaqələr”, “Bir şeyi satmaq üçün qurulan ünsiyyət forması”,” Neqativ informasiyanın idarə olunması” və s. mövzular ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılmışdır.
Tədbir çərçivəsində iştirakçılar üçün Qəbələ şəhərində ekskursiya təşkil olunmuşdur.
Xatırladaq ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Məqsəd Kateqoriya: | Bir şərh yazın

“İctimai təqdimat və natiqlik bacarıqları” üzrə təlim

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi davam edir. Layihə çərçivəsində 16-17 noyabr 2013-cü il tarixlərində Bakı şəhərində “İctimai təqdimat və natiqlik bacarıqları” üzrə təlim keçirilmişdir.

Təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş gənclərin qeyd olunan istiqamət üzrə bilik və bacarıqlarının artırılması, eyni zamanda bu sahə haqqında ətraflı məlumatın gənclərimizə çatdırılması olmuşdur.

İki gün həyata keçrilən tədbirin təlimçisi, müvafiq sahə üzrə mütəxəssis, peşəkar jurnalist, Azərbaycan Tədris Akademiyasının təlimçisi İlhamə Novruzova tərəfindən təlim iştirakçıları üçün ““İctimai çıxış” xofunun aradan qaldırılması ”, “Ədəbi dil və audiovizual dil: dioloji və monoloji nitq”, “”Etirazlarla iş” və problemli auditoriyanı ələ almaq” , ”Natiqin davranış mədəniyyəti və nitqində obrazlılıq” və digər mövzularda təqdimatlar təqdim olunmuşdur. Eyni zamanda “Karyeranın artırılmasında natiqliyin rolu”, “Dumanlı məqamlara yer verməmək – anlaşılmazlıq indeksinin aşağı salınması” və s. mövzular ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılmışdır.
Xatırladaq ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Məqsəd Kateqoriya: | Bir şərh yazın

Bakıda BMT Təhlükəsizlik Şurasının Beynəlxalq Model Konfransı davam edir

Bakıda təşkil edilən BMT Təhlükəsizlik Şurasının Beynəlxalq Model Konfransı öz işini davam etdirir.

APA-nın məlumatına görə, konfrans öncəsi təlim seminarından sonra iştirakçılar bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) BMT Təhlükəsizlik Şurasının simulyasiyasını həyata keçirmək üçün rol oyununa start veriblər.

Tədbirdə ADA-nın icraçı prorektoru Fariz İsmayılzadə model konfransın Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb.

İki gün davam edəcək simulyasiya oyununda tədbir iştirakçıları kiber-təhlükəsizlik mövzusu ətrafında debatlara qoşulacaq, yaranmış böhran üzrə qətnamələr qəbul edəcək və problemin həlli yolları üçün ümumi çərçivəni müəyyənləşdirməyə səy göstərəcəklər. Model Konfransın obyekti kiber-təhlükəsizliyin pozulması səbəbindən böhranla üzləşmiş “Afrikada yerləşən Tobanqo” ölkəsidir. Razılaşdırılmış sülh planının bəzi müddəalarının ictimaiyyətə sızması ilə ölkədə gedən vətəndaş müharibəsi daha da qızışıb və Təhlükəsiz Şurana üzv ölkələrdən həmin böhranın həlli yollarının tapılması tələb olunur. Bu model Şura real BMT Təhlükəsizlik Şurası kimi günün istənilən saatında toplaşa, müzakirələr keçirə və müvafiq qərarlar verə bilər.

Təhlükəsizlik Şurasının prezidentlik vəzifəsi beynəlxalq ekspert xanım Hannah Musaya həvalə edilib. Müzakirələrinin nəticəsində məsələ ilə bağlı yekun qətnamə veriləcəyi və onun səsə qoyulacağı gözlənilir. Rəsmi bağlanış mərasimində konfrans iştirakçıları beynəlxalq dərəcəli sertifikatla təltif ediləcəklər. Bundan sonra BMT Təhlükəsizlik Şurasını təmsil edən ölkələrin mədəniyyət gecəsi keçiriləcək.

Məqsəd Kateqoriya: | Bir şərh yazın

Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya oyununa start verilib

Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə oktyabrın 21-25-də Bakıda keçiriləcək BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya oyununa (Model United Nations Security Council) start verilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən, 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını nəzərə alaraq, simulyasiya oyununun əsas mövzusu kimi “Kibertəhlükəsizlik” seçilib.

Tədbir iştirakçılarının simulyasiyaların keçirilmə prinsip və qaydaları, eləcə də seçilmiş mövzu ilə bağlı biliklərini artırmaq məqsədi ilə konfransdan əvvəl iki gün ərzində (21-22 oktyabr) BMT mütəxəssisləri tərəfindən xüsusi təlim keçirilib.

Simulyasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.

Tədbirdə gənclər və idman naziri vəzifəsini icra edən Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri vəzifəsini icra edən Əli Abbasov, xarici işlər nazirinin müavini Araz Əzimov, BMT-nin Baş katibinin Gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndav və digər rəsmi şəxslər iştirak ediblər. Tədbir zamanı BMT Baş katibi Pan Gi Munun videomüraciəti də səsləndirilib.

Tədbirdə çıxış edən A.Əzimov bildirib ki, İKT-nin həyatımızda inkişafı günümüzü informasiya əsrinə gətirib çıxarır.

Nazir müavini bildirib ki, müasir texnologiyalar artıq həyatımızın bir hissəsinə çevrilib: “Texnologiyanın inkişafı hər şeyi asanlaşdırır. Kibercinayətkarlıq isə hazırda cari məsələlərdən birinə çevrilib. Biz BMT və digər qurumlarla çalışırıq ki, bu təhlükəni aradan qaldıraq. Düşünürəm ki, simulyasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edən 45 gənc beynəlxalq siyasi mövzuları lazımınca müzakirə edə biləcək. Eyni zamanda, Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar. Bununla yanaşı kibertəhlükəsizliliklə daha yaxından xəbərdar olacaqlar. Çünki bu gənclər sabahın beynəlxalq siyasətdə təmsilçiləridirlər”.

Daha sonra A.Əzimov deyib ki, Azərbaycan təkcə milli yox, həmçinin beynəlxalq regional çərçivədə də tədbirlər həyata keçirir.

Nazir müavini bildirib ki, bu gün biz özümüzü həm güclü, həm də zəif hiss edə bilərik: “Çünki texnologiyanın inkişafı həm pozitiv, həm də neqativ hallara yol açır. Kibertəhlükəsizlik BMT-nin əsas gündəliyinə daxil edilməyib. Bu mütləq şəkildə gündəmdə olan bir məsələdir. Çünki bu gün artıq İKT sərhədlər tanımır. Düşünürəm ki, bu məsələdə hər bir ölkə beynəlxalq qanunvericiliyə riayət etməlidir. Deyim ki, GUAM ölkələri bu prosesdə aktivdirlər. Hər bir ölkə informasiya mübadiləsində xüsusi rol oynamalıdır”.

Daha sonra çıxış edən Ə.Əlhəndav deyib ki, “Birləşmiş Millətlər Təşkilatı sənsən” bu ifadəyə hazırda planetin 1,8 milyard gənc sakini, bəşər tarixindəki ən böyük gənc nəsil daxildir.

O bildirib ki, veb xidmətləri və İKT-yə çıxış imkanları artdıqca, təəssüflər olsun ki, kibercinayət və bununla bağlı digər məsələlərdə də artım müşahidə edirik: “Digər tərəfdən isə hər bir kəsin, o cümlədən təcrid olunmuş gənclərin İKT-yə və təhlükəsiz şəbəkələrə çıxışını təmin etməklə onların innovativ potensialını üzə çıxarıb dəstəkləmək imkanları mövcuddur. Bu gün bu toplantıda olmaqdan şadam”.

Məqsəd Kateqoriya: | Bir şərh yazın

BMT baş katibinin gənclər üzrə xüsusi elçisi “İrəli”nin qonağı olub

BMT baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi “İrəli” İctimai Birliyinin qonağı olub.

Gün.Az-ın məlumatına görə, görüşdə Milli Məclisin deputatı, “İrəli” İctimai Birliyinin həmtəsisçisi Ceyhun Osmanlı, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri və eyni zamanda Bakıda keçiriləcək BMT Təhlükəsizlik Şurasının Beynəlxalq Model Konfransının rəhbəri Məzahir Əfəndiyev, “İrəli” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova, birliyin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov və birliyin İdarə Heyətinin üzvləri, fəallar iştirak ediblər.

Qonaqlar ilk olaraq “İrəli” Gənclik Mərkəzi ilə tanış olub. Gənclərə təşkilatın məqsədi, strukturu, iş mexanizmi, layihələri barədə ətraflı məlumat verilib və təşkilatın fəaliyyətini əks etdirən geniş təqdimat göstərilib.

Görüş zamanı BMT ilə Azərbaycan gənclər təşkilatlarının əməkdaşlıq məsələləri, eyni zamanda gələcəkdə birgə layihələrin icra olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Ə.Əlhəndavi BMT-nin gənclər siyasəti, planlaşdırılan fəaliyyətlər haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Millət vəkili C.Osmanlı Azərbaycan haqqında, eyni zamanda ölkədə uğurla aparılan və bir çox ölkələrə nümunə ola biləcək gənclər siyasəti, dövlət gənclər proqramının özəllikləri, Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara məlumat verib.

Məqsəd Kateqoriya: | Bir şərh yazın

Azərbaycan BMT-nin İnkişaf Proqramının mühüm tərəfdaşıdır

Azərbaycanın BMT ilə yanaşı, onun qurumları ilə də əməkdaşlığının səviyyəsi məmnunluq doğurur. Mən bunu həm də dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfələri nümayiş etdirmək baxımından Azərbaycan üçün bir imkan kimi dəyərləndirirəm. Azərbaycan BMT-nin İnkişaf Proqramının da mühüm tərəfdaşıdır.
AzərTAc xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurası Model Konfransının prezidenti xanım Hannah Moosa oktyabrın 18-də keçirdiyi mətbuat konfransında demişdir.
Bakıda olmağından məmnunluğunu dilə gətirən H.Moosa ölkəmizin gündən-günə dünyada artan nüfuzundan danışmışdır.
H.Moosa Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə (BMT İP) oktyabrın 21-dən 25-dək Bakıda bu qurumun TŞ-nın Model Konfransını təşkil edəcəyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, səfərin məqsədi konfrans ərəfəsində yerli iştirakçıların bilik və bacarıqlarının artırılması istiqamətində olan təlimlərdə və konfransın işçi sənədlərinin hazırlanmasında yaxından iştirak etməkdir.
Diqqətə çatdırılmışdır ki, dörd gün davam edəcək konfrans Azərbaycan da daxil olmaqla hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitetin tələbə və məzunlarını bir araya gətirəcəkdir. Seçilmiş namizədlər qlobal təhlükəsizlik məsələlərində zəngin təcrübəyə malik keçmiş və hazırkı diplomatların olacağı, BMT-nin İctimai İnformasiya Departamenti (BMT İİD) ilə birgə hazırlanmış ikigünlük konfrans ərəfəsində təlim seminarında iştirak edəcəklər. BMT Modelinə qatılmaq tələbələrə gələcəyin siyasətçiləri üçün lazım olan tədqiqatlar aparmaq, yazı, natiqlik və təhlil kimi bacarıqları inkişaf etdirməkdə yardımçı olacaqdır. Onlar, həmçinin bu təcrübə sayəsində vasitəçilik, münaqişələrin həll edilməsi və əməkdaşlığın əhəmiyyətini öyrənəcək, eləcə də liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirəcəklər. Daha sonra iştirakçılar Kiber Terrorizm üzrə BMT TŞ-nin simulyasiya sessiyasına qatılacaqlar.
Birləşmiş Millətlər Təşkilatı Modeli tələbələrə diplomatiya və əməkdaşlıq dünyasını təsvir edən BMT-nin Baş Məclisi, BMT-nin Təhlükəsizlik Şurası və digər BMT qurumlarının real həyat simulyasiyasıdır. BMT Modelində tələbələr təşkilatın gündəliyindəki cari məsələlər üzrə müzakirələr aparırlar. Daha çox “nümayəndə heyəti” kimi tanınan tələbələr problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığın səfərbərliyi naminə qətnamə layihəsi, strategiya planı hazırlayır, tərəfdaşlar və rəqiblərlə danışıqlar aparır, münaqişələri həll edirlər.
Azərbaycan 2012-ci il yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Ölkəmizin bu qurumdakı üzvlüyü 2013-cü il dekabrın 31-dək davam edəcəkdir.

Məqsəd Kateqoriya: | Bir şərh yazın

BMT Baş katibinin xüsusi elçisi Azərbaycana gəlir

Oktyabr 21-də Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulasiya oyununa (Model United Nations Security Council) start veriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, oyununun açılış mərasimində iştirak etmək məqsədi ilə BMT-nin Baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavinin 19 oktyabr tarixindən etibarən Azərbaycana rəsmi səfəri başlayır.

Simulasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar. Tədbirdən öncə elçinin Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə, eyni zamanda Azərbaycan Respublikası Gənclərinin Milli Şurası, “İrəli” gənclər təşkilatı və Azərbaycan Tələbə Gənclər Təşkilatları ilə görüşü nəzərdə tutulub.

Məqsəd Kateqoriya: | Bir şərh yazın