“Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi haqqında məlumat

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birgə “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı layihə həyata keçirir.
Layihənin məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.
Layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləməklə Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirilir.
Layihənin məqsədinə nail olmaq üçün layihə çərçivəsində aşağıdakı vəzifələr icra olunacaqdır:
-Dövlət proqramları və milli strategiyalarda gənclərin inkişafına yönələn fəaliyyətlərin yerinə yetirilməsi üçün lazımi bilik və bacarıqların gənclərə çatdırılması;
-Dövlət qulluğuna daha çox gəncin cəlb edilməsi;
-Beynəlxalq forumlarda iştirak etmək üçün gənclərin bacarıqlarının inkişaf etdirilməsi.
Layihə çərçivəsində əsasən aşağıdakı tədbirlər görüləcəkdir və Layihə 2 (iki) komponentdən ibarət olacaqdır:
Birinci komponent: 1. LİDERLİYİN İNKİŞAFI
Bu komponentin məqsədi gənclərin liderlik potensialını inkişaf etdirməklə onların idarəetmə sahəsində daha fəal iştirakını dəstəkləməkdir. Bunun üçün nəzərdə tutulan tədbirlər: a) dövlət proqramları və milli strategiyalarda gənclər yönümlü fəaliyyətlərin əks olunması üçün gənc insanlara lazımi bilik və bacarıqlar verəcək və b) gənclərin beynəlxalq konfranslarda iştirakı bacarıqlarını gücləndirəcəkdir. Bu komponent üzrə əsas hədəf qrupu 14-29 yaş arası gənclər, ali təhsil müəssisələrinin tələbələri, gənc fəallar, və peşəkar fəaliyyətlərinin ilkin dövrlərində olan gənc mütəxəssislərdir (dövlət qulluqçularıdır).
Sub komponent 1.1: Gənclərin ön plana çəkilməsi
Gənclərin ön plana çəkilməsi (meynstriminq) yanaşmasının məqsədi müxtəlif dövlət proqramları və milli siyasətin hazırlanması, icrası və qiymətləndirilməsi zamanı gənc insanların ehtiyac və töhfələrinin nəzərə alınmasıdır. Əsas məqsəd dövlət siyasətinin icrası zamanı gənclərin ön plana çəkilməsi, o cümlədən milli səviyyədə qərar qəbulu proseslərində gənclərin daha fəal iştirakının təmin edilməsidir.
Sub komponent 1.2: Azərbaycanın Səsi
Burada məqsəd müxtəlif beynəlxalq və regional forumlarda Azərbaycanın sosial, iqtisadi və siyasi məsələlər üzrə mövqeyinin təmsil olunması işində gənclər təşkilatlarının lider və üzvlərinin fəal iştirakını təmin etmək üçün onların bilik və bacarıqlarının artırılmasıdır. Layihə çərçivəsində təşkil olunacaq tədbirlər vasitəsilə gənclərə geniş imkanlar veriləcəkdir ki, onlar qlobal əhəmiyyətli mövzular ətrafında milli mövqenin tənqidi/analitik araşdırılması, qiymətləndirilməsi və ifadə edilməsi yolu ilə beynəlxalq tədbirlərə layiqincə təmsil oluna bilsinlər. Bunun üçün aşağıdakı tədbirlər təşkil olunacaq:
• Ölkənin gələcəyi haqqında gənclərin uzunmüddətli təfəkkür obrazının formalaşması məqsədilə “Azərbaycan 2020-ci ildə” mövzusunda Gənclik Düşərgəsi
• Qlobal mövzular ətrafında müzakirə klubları və mütəxəssislərin sədarəti altında panel müzakirələri üzrə silsilə tədbirlər
• İctimai təqdimat və natiqlik bacarıqları üzrə təlim tədbiri
• BMT Təhlükəsizlik Şurasına üzv ölkələrdən olan iştirakçılarla Təhlükəsizlik Şurasının simulyasiyası
• İnternet-jurnalistika üzrə təlim tədbiri
İkinci komponent: 2.DÖVLƏT QULLUĞUNDA TƏCRÜBƏ (İNTERNATURA)
Bu komponentin məqsədi gənclərin dövlət qulluğunda məşğulluğa cəlb olunmasıdır. Layihə çərçivəsində universitet tələbələri və məzunlarını müvafiq hökumət qurumlarınıda təcrübə keçmək üçün dəyərli imkanlar əldə ediləcəklər. AGDP-da 6.5.6 bəndində qeyd olunmuş “Dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi” tədbirini dəstəkləməklə, Layihə həm internatura iştirakçıları, həm də marağı olan gənc dövlət qulluqçuları üçün müxtəlif təlimlər təşkil edəcəkdir. Bununla da Layihə dövlət qulluğunda internaturanın bərqərar olması üçün effektiv mexanizmin yaradılmasına yardım göstərəcəkdir. Bu komponent üzrə əsas hədəf qrupu universitetdə təhsil alan tələbələr, universitet məzunları və gənc dövlət qulluqçularıdır.
Bunun üçün aşağıdakı tədbirlər təşkil olunacaq:
• Dövlət orqanlarında internatura proqramının təşkil olunması üçün hüquqi bazanın yaradılması
• Tətbiqi siyasət (dövlət siyasətinin tərtibi, təhlili, icrası, idarəolunması və qiymətləndirilməsi) bacarıqlarının inkişaf etdirilməsi üzrə təlim kursları
• Liderliyin inkişafı və idarəetmə bacarıqları üzrə təlim kursları
• Təqdimat və kommunikasiya bacarıqları (nəticələrin effektiv əldə olunmasına yönəlmiş şifahi/yazılı kommunikasiya) üzrə təlim seminarı
• Gender və/yaxud iş yerində əlillik məsələlərinə həssaslıq üzrə təlim sessiyaları
QEYD: Layihədə iştirakçı kimi seçilmiş gənclərin layihə çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün yaşayış, yemək və regiondan gələn gənclərin yol xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir.
İştirakçıların seçimi prosesi:
Layihədə 2 (iki) il müddətinə iştirak etmək üçün 50 (əlli) nəfər gəncin seçilməsi və layihənin fəaliyyətlərinə fəal şəkildə cəlb olunması nəzərdə tutulmuşdur. Seçilmiş şəxslər yuxarıda qeyd olunan şəxsi və peşə bacarıqlarının artırılması istiqamətində müxtəlif təlim kurslarında iştirak edəcək, dövlət orqanlarında təcrübə keçmək imkanı əldə edəcək və bu onların gələcəkdə dövlət qulluğunda çalışmalarına müsbət təsir göstərəcəkdir. Həmçinin layihə iştirakçıları Azərbaycanın dövlət və hökumət nümayəndələri, ictimai-siyasi xadimlər, millət vəkilləri, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin rəhbərləri, elm və təhsil sahəsinin təmsilçiləri, QHT və KİV rəhbərləri və digər tanınmış ictimai-siyasi şəxslərilə görüşmək və birbaşa fikir mübadiləsi aparmaq şansı əldə edəcəklər.
Bununla yanaşı Layihədə fəal iştirak edən gənclərin beynəlxalq tədbirlərdə, müxtəlif beynəlxalq təcrübə proqramlarında iştirak etməsi üçün müraciət etməsinə layihə təşkilatçıları tərəfindən dəstək olunacaqdır. Bu məqsədlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində fəaliyyət göstrən Gənclər Fondu ilə yaxından əməkdaşlıq ediləcəkdir. Layihəni müvəffəqiyyətlə bitirənlən iştirakçılara BMT və Nazirliyin Xüsusi Sertifikatları təqdim olunacaqdır.
İştiraşkçılar aşağıdakı meyarlar əsasında seçiləcəkdir:
– 18-26 yaş həddində olmalı;
– Azərbaycan Respublikasının vətəndaşı olmalı;
– Gələcəkdə dövlət qulluğunda çalışmaqda maraqlı olmalı;
– Layihədə iştirak üçün yüksək motivasiyası olmalı;
– Dövlət gənclər siyasətinin icrasında iştirak etməyə həvəsli olmalı;
– Gənclərlə iş, ictimai fəallıq və liderlik bacarıqlarının inkişaf etdirilməsində həvəsli olmalı;
– Təqdim olunan ərizə formasını müvafiq qaydada doldurmalı və seçimin digər mərhələlərində iştirak etməli;
– 2012-cü ilin oktyabr ayından 2013-cü ilin dekabr ayınadək layhiə çərçivəsində təşkil olunacaq tədbirlərdə fəal iştirak etməli;
– Beynəlxalq layihələrdə iştirak etmək və bu istiqamətdə olan fəaliyyətlərin Azərbaycanda təbliğ olunmasında maraqlı olmalı.

Ərizələrin doldurlması və seçim prosesi:
Seçim prosesi 2 (iki) mərhələdə Layihənin Seçim Komissiyası tərəfindən aparılacaqdır. Seçim Komisiyyasında BMT-nin, Gənclər və İdman Nazirliyinin və gənclərlə iş sahəsində yüksək təcrübəsi olan ictimai təşkilatların nümayəndələri təmsil olacaqdır. İlk mərhələdə layihədə iştirak etmək həvəsində olan gənclər əlavə olunmuş Ərizə Formasını müvafiq qaydada doldurmalıdırlar. Doldurulmuş ərizə forması internet vasitəsi ilə undp_youth@yahoo.com elektron poçt ünvanına göndərilməlidir. Seçim Komissiyası göndərilən ərizələri yoxlayacaq, bu zaman iştirakçılar üçün meyarlar, ərizəçinin yükək motivasiyası, layihədə iştirak etmək üçün göstərdiyi həvəs və onun gələcək üçün planları dəyərləndiriləcəkdir. Seçim Komissiyasının qərarına əsasən Layihə təşkilatçıları birinci mərhələni uğurla keçən ərizəçiləri ikinci mərhələyə dəvət edəcəkdir.
İkinci mərhələdə Seçim Komissiyası ərizəçilərin yekun seçimini aparacaqdır. Layihənin tələblərinə cavab verən, qeyd olunan sahədə yüksək motivasiyaya sahib olan, öz bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, gələcəyin liderləri və dövlət qulluqçuları olmaq istəyən gənclərə üstünlük veriləcəkdir. Seçim zamanı gender və coğrafi balans nəzərə alınacaqdır. Seçim Komissiyasının qərarına əsasən yüksək nəticə göstərən 50 (əlli) nəfər gənc layihədə iştirakçı (finalçı) kimi seçiləcək və layihə çərçivəsində təşkil olunacaq fəaliyyətlərdə iştirak etmək şansı əldə edəcəkdir. Seçim Komissiyasının rəyinə əsasən az nəticə əldə edən gənclərin gözləmə siyahısı hazırlanacaqdır, əgər finalçılardan kimsə müəyyən səbəblərə görə layihədə iştirak etmədiyi təqdirdə onlar gözləmə siyahısında olan digər gənclərlə əvəzlənəcəkdir.
Diqqət! Ərizə formaları müvafiq qaydada doldurulduqdan sonra undp_youth@yahoo.com elektron poçt ünvanına 30 sentyabr 2012-cu il tarixinə qədər göndərilməlidir. Seçim Komisiyası göndərilən ərizə formalarını mütəmadi olaraq qiymətləndirəcəkdir, bunun üçün ərizəçilərdən öz ərizə formalarını son tarixi gözləmədən göndərmələri xahiş olunur.
Ərizəçilərə onların statusu və ilkin seçim haqqında məlumat ərizələrin son qəbulu tarixindən 10 (on) iş günü ərzində məlumat veriləcəkdir.

Əlaqələndirici şəxs və əlaqə məlumatları:

Elməddin Hacıyev, Layihə üzrə məsləhətçi
Ünvan: Bül-Bül pr.,7 B, Sahil Biznes Mərkəzi, 5-ci mərtəbə, Bakı, Azərbaycan, AZ 1000
Mobil: (+99455 463 25 18)
Skype: elmeddin.hacili
Veb: http://www.un-az.org/undp
Email: undp_youth@yahoo.com

Xahiş olunur Layihəni Facebook səhihəsindən də izləyəsiniz:
https://www.facebook.com/YouthParticipationUNDP.MYS

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma