Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı gücləndiriləcək.

Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramı (İP) arasında qərarların qəbulu, həmçinin dövlət siyasətinin icrasında gənclərin iştirakının gücləndirilməsi üçün birgə sənəd imzalanıb.

Sənədi nazirlik adından gənclər və idman naziri Azad Rəhimov, BMT İP adından isə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura imzalayıb.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov layihənin əhəmiyyətindən danışıb.

“Gənclər və İdman Nazirliyinin qabaqcıl işləri nəticəsində Avropanın müxtəlif qurumlarından qrantlar gətirilib və qeyri-hökumət təşkilatlarına paylanılıb. Gənclər Fondunun hesabına 5 milyon manat məbləğində pul vəsaiti köçürülüb. Bütün bunlar gənclərin inkişafı istiqamətində görülən işlərə nümunədir” – deyə o, vurğulayıb.

A.Rəhimov layihənin gənclərin liderlik bacarıqlarının artırılması və lider gənclərin aşkarlanması baxımından önəmli olduğunu bildirib.

“Bu layihə gənclərə böyük dəstəkdir. İnanırıq ki, dövlət və özəl qurumlarda məhz lider gənclər çalışacaqlar”.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura layihə ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” proqramına dəstək olduqlarını bildirib.

“Proqrama dəstək verməklə Azərbaycan gənclərinin Avropaya inteqrasiyasına, inkişafına öz töhfəmizi vermək istəyirik. Azərbaycanda 29 yaşa qədər olan gəncləri yönəltmək üçün proqramlar hazırlanmalıdır”.

Qeyd edək ki, layihənin icrası üçün 210 min ABŞ dolları pul ayrılıb. Layihə 2 il müddətinə həyata keçiriləcək.

Gerçəkləşəcək layihənin əsas məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrin əldə olunmasında gənclərin öz töhfələrini verməklə yanaşı, onların qərarların qəbulu prosesində daha fəal iştiraklarını təmin etmək, gələcək liderlər, o cümlədən dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır. 12/03/2012

Advertisements
Bu yazı categorized kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma