MƏTBUAT ÜÇÜN MƏLUMAT

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 27 sentyabr 2012-ci il tarixində saat 11:00-da “Kempinski Badamdar” otelinin “Gabala Ballroom ” konfrans zalında (ünvan: Bakı şəhəri, M.Müşfiq küç.1) “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı layihənin təqdimat mərasimi keçirəcəkdir.
Tədbirin keçirilməsində məqsəd qeyd olunan birgə layihənin ictimai təqdimatını təşkil etmək və gənclərin qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında iştirakı sahəsindəki mövcud vəziyyət və gələcək imkanlar barədə müzakirələr aparmaqdır.
Tədbirdə Azərbaycan Hökumətinin, beynəlxalq təşkilatların və tərəfdaş milli QHT-lərin nümayəndələri, millət vəkilləri, həmçinin özəl sektor təmsilçilərinin iştirakı nəzərdə tutulur. Təqdimat mərasimində layihənin konsepsiyası və planlaşdırılan fəaliyyətlər, o cümlədən, qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakına ictimai və dövlət dəstəyinin göstərilməsi, layihənin icrasında qeyri-hökumət təşkilatlarının iştirakı, dövlət və gənclər təşkilatlarının əməkdaşlığı və layihə çərçivəsində BMT Təhlükəsizlik Şurasının gənclər üçün simulyasiya modelinin yaradılması istiqamətində görüləcək fəaliyyətlər barədə çıxışlar və müzakirələr təşkil olunacaqdır.
Təqdimat mərasiminə KİV nümayəndələri də dəvət olunur.

Layihə haqqında əlavə məlumat üçün Layihə üzrə məsləhətçi Elməddin Hacıyev ilə (+994 55) 463 25 18 nömrəli əlaqə telefonu və undp_youth@yahoo.com elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma