Qərarların qəbulu prosesində gənclərin iştirakının təmin edilməsinə xidmət edən layihənin icrasına başlanılıb

Bakıda “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı layihənin təqdimatı olub.

Trend-in məlumatına görə, BMT-nin İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyi arasında bu ilin martında imzalanmış anlaşma memorandumu əsasında hazırlanmış layihənin bu il iyunun 1-dən 2013-cü il dekabrın 31-dək icra edilməsi nəzərdə tutulub.

Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, müasir dövrdə gənclərin qərarların qəbulunda iştirakı aktual məsələdir.

O bildirib ki, dövlət idarəetməsində, qərarların qəbulunda sosial institutların iştirakına imkanlar yaradılmalı, gənclərin bu proseslərdə iştirakı təmin olunmalıdır.

Nazir müavini deyib ki, məlum layihə çərçivəsində qanunvericilik bazasının monitorinqi aparılacaq, gənclər üçün yararlılıq baxımından qiymətləndiriləcək, qəbul ediləcək qanunlarda gənclərin maraqları nəzərə alınacaq.

Proqram çərçivəsində gənclərin qərarların qəbulu prosesində, qərarların icrasına ictimai nəzarətdə iştirakının təmin olunması üçün mexanizm hazırlanması nəzərdə tutulub.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikret Akçura təmsil etdiyi təşkilatın dünyada gənclərə dəstək verdiyini bildirib. BMT-nin baş katibinin gənclərin problemlərinə xüsusi diqqət yetirdiyini deyən səfir bildirib ki, baş katib gənclərlə iş üzrə xüsusi məsləhətçi təyin etmək, gənclərlə bağlı daimi fəaliyyət göstərəcək Şura yaratmaq niyyətindədir.

Layihənin rəhbəri Kəmalə Musayeva bildirib ki, layihənin məqsədi dövlət gənclər siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.

Musayeva bildirib ki, layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın irəli sürdüyü prioritetləri dəstəkləyir və Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Eyni zamanda, layihədə iştirak edəcək gənclər şəxsi və peşə bacarıqlarının artırılması istiqamətində müxtəlif təlim kurslarına cəlb olunacaq və dövlət orqanlarında təcrübə keçmək imkanı əldə edəcək.

O bildirib ki, Azərbaycan əhalisinin 30,3 faizi (2 milyon 799 min 500 nəfər) gənclərdir.

Tədbirdə Azərbaycan hökumətinin, beynəlxalq təşkilatların və tərəfdaş milli QHT-lərin nümayəndələri, millət vəkilləri, həmçinin özəl sektor təmsilçiləri iştirak ediblər.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma