MƏTBUAT ÜÇÜN MƏLUMAT

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı layihə həyata keçirilir. Layihənin ümumi məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər və dövlət qulluqçuları kimi bacarıqlarını artırmaqdır.
Qeyd edək ki, layihə çərçivəsində 04-12 oktyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Turizm İnstitutu və Xəzər Universitetində layihənin təqdimatları təşkil olunmuşdur. Təqdimatların keçirilməsində məqsəd qeyd olunan layihə ilə ali təhsil ocaqlarının tələbələrini daha yaxından tanış etmək və gənclərin qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında iştirakı sahəsindəki mövcud vəziyyət və gələcək imkanlar barədə müzakirələr aparmaq olmuşdur.
Təqdimatlar zamanı layihənin konsepsiyası və planlaşdırılan fəaliyyətlər, o cümlədən qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakına ictimai və dövlət dəstəyinin göstərilməsi, dövlət və gənclər təşkilatlarının əməkdaşlığı, layihə çərçivəsində BMT Təhlükəsizlik Şurasının gənclər üçün simuliyasiya modelinin yaradılması istiqamətində görüləcək fəaliyyətlər və s. tədbirlər haqqında tələbələrə ətarflı məlumat verilmişdir. Eyni zamanda layihə ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma