Namizədlərin nəzərinə!

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən icra olunan “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsində iştirak etmək üçün ərizə vermiş namizədlərin nəzərinə çatdırmaq istərdik ki, hal-hazırda BMT-nin, Gənclər və İdman Nazirliyinin və gənclərlə iş sahəsində yüksək təcrübəsi olan şəxslərin təmsil olunduğu Seçim Komissiyası tərəfindən namizədlərin ərizə formaları yoxlanma mərhələsindədir. Bu zaman iştirakçılar üçün meyarlar, ərizəçinin yükək motivasiyası, layihədə iştirak etmək üçün göstərdiyi həvəs və onun gələcək üçün planları dəyərləndirilməsi nəzərdə tutulmuşdur. Seçim Komissiyasının qərarına əsasən layihə təşkilatçıları birinci mərhələni uğurla keçən ərizəçiləri ikinci mərhələyə-müsahibəyə dəvət ediləcəkdir. İkinci mərhələdə Seçim Komissiyası ərizəçilərin yekun seçimini aparacaqdır. Layihənin tələblərinə cavab verən, qeyd olunan sahədə yüksək motivasiyaya sahib olan, öz bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, gələcəyin liderləri və dövlət qulluqçuları olmaq istəyən gənclərə üstünlük veriləcəkdir. Seçim zamanı gender və coğrafi balans nəzərə alınacaqdır. Seçim Komissiyasının qərarına əsasən yüksək nəticə göstərən 50 nəfər gənc layihədə iştirakçı kimi seçiləcək və layihə çərçivəsində təşkil olunacaq fəaliyyətlərdə iştirak etmək şansı əldə edəcəkdir. Seçim Komissiyasının rəyinə əsasən az nəticə əldə edən gənclərin gözləmə siyahısı hazırlanacaqdır, əgər finalçılardan kimsə müəyyən səbəblərə görə layihədə iştirak etmədiyi təqdirdə onlar gözləmə siyahısında olan digər gənclərlə əvəzlənəcəkdir.
Qeyd edək ki, layihədə iştirak etmək üçün 189 gənc ərizə ilə müraciət etmişdir. Seçimlərin birinci mərhələsinin 2012-ci ilin oktyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Nəticələr haqqında məlumatlar hər bir namizədin email ünvanına göndəriləcəkdir.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma