“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının nəticəyə əsaslanan monitorinqi və qiymətləndirmə strukturunun, habelə göstəricilərinin formalaşdırılması” mövzusunda təlim kursu

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında 12 mart 2012-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən 2012 – 2013-cü illərdə “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı birgə layihə həyata keçirilir.
Layihə çərçivəsində cari ilin 19-21 fevral tarixlərində “JW Marriott Absheron Baku” otelinin “Xırdalan” zalında “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının nəticəyə əsaslanan monitorinqi və qiymətləndirmə strukturunun, habelə göstəricilərinin formalaşdırılması” mövzusunda təlim keçiriləcəkdir.
Təlimin məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və müvafiq dövlət siyasəti proqramları üçün daha effektiv monitorinq və qiymətləndirmə sisteminin yaradılması, AGDP-nin monitorinq bacarıqlarının gücləndirilməsi, həmçinin gənclərin inkişafı və milli səviyyədə qəraların qəbulu və icrasında gənclərin iştirakının daha da artırılmasıdır.

Tədbirdə Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, eyni zamanda bir sıra gənclər təşkilatlarının, İrəli İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ( ATGTİ) nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma