Azərbaycan gəncliyinə dair Dövlət Proqramının icrasının perspektivləri müzakirə edilib

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Gənclər və İdman Nazirliyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının nəticəyə əsaslanan monitorinqi və qiymətləndirmə strukturunun, habelə göstəricilərinin formalaşdırılması” mövzusunda təlim keçiriblər.

Trend-in məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirin açılışında bildirib ki, proqramın əsas fəaliyyəti və məqsədi gənclərin ictimai fəallığının artırılması, normativ aktlatrın hazırlanmasında iştirakı, gənclərin cəmiyyətdə gedən proseslərdə fəal iştirakına şərait yaratmaqdır.

Onun sözlərinə görə, Azərbqaycan gəncliyi müxtəlif beyhnəxalq tədbirlərdə iştirak edərkən öz qabiliyyətini nümayiş etdirir. Babayev gənclərlə bağlı qanunvericiliik bazasının formalaşmasında, gənclərin maraqlarını təmin edən Dövlət Proqramının monitorinqində gənclərin üzərinə böyük iş düşdüyünü vurğulayıb.

BMT İnkişaf Proqramı (UNDP) nümayəndəsi Nato Alhazişvili bildirib ki, beynəlxalq ictimaiyyət Azərbaycanda gənclərlə bağlı Dövlət Proqramının qəbul olmasından məmnundur. O qeyd edib ki, əsas məsələ Dövlət Proqramı çərçivəsində nəticələrin əldə olunmasıdır.

Alhazişvili təlimdə müxtəlif nazirliklərin nümayəndələrin iştirakının önəmli olduğunu vurğulayıb.

“Çünki Dövlət Proqramının icrası üçün tərəflər səylərini birləşdirməlidirlər və bu istiqamətdə bir sıra məsələri razılaşdırmalıdırlar”. – o deyib.

Qeyd edək ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihə çərçivəsində keçirilən təlimin məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və müvafiq dövlət siyasəti proqramları üçün daha effektiv monitorinq və qiymətləndirmə sisteminin yaradılması, AGDP-nin monitorinq bacarıqlarının gücləndirilməsi, həmçinin gənclərin inkişafı və milli səviyyədə qəraların qəbulu, icrasında gənclərin iştirakının daha da artırılmasıdır.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma