Bakıda “Dövlət siyasəti sahəsində bacarıqların artırılması” mövzusunda təlim keçirilib

Grand Hotel Europe” otelinin Bakı zalında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Dövlət siyasəti sahəsində bacarıqların artırılması” təlimi keçirilib.

Təlimin məqsədi layihəyə seçilmiş gənclərin dövlət siyasəti sahəsində bacarıqlarının artırılması və bu sahə haqqında ətraflı məlumatın gənclərimizə çatdırılmasıdır. Təlimdə müxtəlif universitetlərdən seçilmiş 50 gənc iştirak edib.

Tədbirin təlimçisi, Azərbaycan Turizm İnstitutunun prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov “Dövlət siyasəti prosesi”, Dövlət siyasətinin genezisi (problemin mövcudluğu, qəbul edilməsi, müzakirəsi, həlli yollarının təklif edilməsi), Dövlət siyasətinin inkişaf etdirilməsi və rəsmiləşdirilməsi (legitimləşdirmə prosesi) ,“Dövlət siyasətinin icra edilməsi”, “Dövlət siyasətinin icrasının monitorinqi, qiymətləndirilməsi və nəticələrinin nəzərə alınması” mövzularında təlim iştirakçıları üçün təqdimatlar etmişdir. Eyni zamanda qeyd olunan məsələlər ətrafında iştirakçılarala birlikdə maraqlı, interaktiv müzakirələr təşkil edilib.

Təlim zamanı mövcud problemlərin daha effektiv həll olunmasına müsbət təsir göstərmək məqsədi ilə hər il dövlət siyasətinin əsas istiqamətlərindən olan dövlət gənclər siyasəti üzrə Milli Hesabatın hazırlanması təklif olunub.

Xatırladaq ki, təlim Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında 12 mart 2012-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən 2012 – 2013-cü illərdə “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı birgə layihəsi çərçivəsində keçirilib. Layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma