Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “Gənclərin ön plana çəkilməsi, monitorinq və qiymətləndirmə” mövzusunda təlim keçirilib

10 aprel 2013-cü il tarixində Gənclər və İdman Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə birgə həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “Gənclərin ön plana çəkilməsi və monitorinq və qiymətləndirmə” mövzusunda təlim keçirilmişdir.
Təlim zamanı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasının Məşğulluq startegiyasının həyata keçirilməsi üçün 2011-2015-ci illər üçün Dövlət Proqramı”na tətbiq olunması məqsədilə Layihə çərçivəsində hazırlanmış “Dövlət siyasəti və proqramlarında gənclərin önə çəkilməsi üzrə analitik metodologiyanın” ilkin layihəsi barədə iştirakçılara geniş məlumat verilmiş və layihə barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Qeyd olunan metodologiya layihəsinin hazırlanmasında məqsəd müxtəlif dövlət proqramları və milli siyasətin hazırlanması, icrası və qiymətləndirilməsi zamanı gənclərin ehtiyac və töhfələrinin nəzərə alınması, dövlət qurumlarının gənclərin iştirakı və önə çəkilməsi ilə bağlı mexanizmlərinin daha da gücləndirilməsi, həmçinin gənclərin önə çəkilməsinin təbliğ edilməsi və bu sahədə bilik və bacarıqların möhkəmləndirilməsindən ibarətdir.
Tədbirin təlimçiləri, müvafiq sahə üzrə ekspertlər Orxan Ərəbov və Nadir Quluzadə tərəfindən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi və layihənin gənclərin önə çəkilməsində rolu, “Gənclərin önə çəkilməsi prosesində monitorinq və qiymətləndirmənin rolu” mövzularında təqdimatlar keçirilmişdir.
Təlim zamanı qeyd olunan məsələlər ətrafında iştirakçılarala birgə maraqlı və interaktiv müzakirələr təşkil edilmişdir.
Xatırladaq ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma