“Liderliyin inkişafı və idarəetmə sahəsində bacarıqların artırılması” mövzusunda təlim

13 aprel 2013-cü il tarixində Grand Avropa otelində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi çərçivəsində “Liderliyin inkişafı və idarəetmə sahəsində bacarıqların artırılması” mövzusunda təlim keçirilmişdir.

Təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş gənclərin liderlik və idarəetmə sahəsində bacarıqlarının daha da artırılması və bu sahə haqqında ətraflı məlumatın gənclərimizə çatdırılmasıdır.

Tədbirin təlimçisi, Azərbaycan Turizm İnstitutunun prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov tərəfindən təlim iştirakçıları üçün “Liderlik”, “Uğurlu lider necə olmalıdır?”, “Yaxşı idarəetmə” və digər mövzularda təqdimatlar təqdim olunmuşdur. Eyni zamanda “Liderlər nə edirlər?”, “Hansı liderlik keyfiyyətləri komandanı motivasiya edir?”, “Müxtəlif vəziyyətlərdə idarəetmə üslublarını necə uyğunlaşdırmalı?” və s. mövzular ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılmışdır.
Xatırladaq ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma