“İnternet jurnalistika” mövzusunda təlim keçirilib

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi davam edir. Layihə çərçivəsində “Internet jurnalistika” mövzusunda təlim keçirilib. Təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş gənclərin internet jurnalistika sahəsində bacarıqlarının artırılması və bu sahə haqqında ətraflı məlumatın gənclərimizə çatdırılmasıdır.

Tədbirin təlimçisi, müvafiq sahə üzrə mütəxəssis Emin Hüseynzadə tərəfindən təlim iştirakçıları üçün “İnternet jurnalistika nədir?”, “Onlayn servislər və jurnalist işi”, “Azərbaycanda internet jurnalistikanın yaranması və inkişafı” və digər mövzularda təqdimatlar olub. Eyni zamanda “İnternet jurnalistika sahəsində olan problemlər”, “İnternet jurnalistikanın gələcək inkişaf istiqamətləri yeni texnologiyaların tətbiqi konteksində. Canlı yayımın təşkili” və s. mövzular ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılıb.

Qeyd edək ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma