“Gender və ya iş yerində əlillik məsələlərinə həssaslıq” mövzusunda təlim keçirilmişdir.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi davam edir. Layihə çərçivəsində 21-22 avqust 2013-cü il tarixlərində Şəki şəhəri, Şəki Olimpiya Kompleksində “Gender və ya iş yerində əlillik məsələlərinə həssaslıq” mövzusunda təlim keçirilmişdir.

Təlimin məqsədi layihəyə müxtəlif universitetlərdən seçilmiş gənclərə bu mövzu haqqında ətraflı məlumatların çatdırılması və onlarla birgə müxtəlif müzakirələrin aparılması olmuşdur.

Tədbirin təlimçisi SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasında ictimai vəkillik üzrə məsləhətçi Günel Səfərova tərəfindən təlim iştirakçıları üçün “Gender anlayışı ”, “Gender zəminində zorakılıq və ayrıseçkilik”, “Əlilliyi olan insanların imtiyazları” və digər mövzularda təqdimatlar təqdim olunmuşdur . Eyni zamanda göstərilən mövzular ətrafında iştirakçılarla birgə maraqlı və interaktiv müzakirələr aparılmışdır.
Xatırladaq ki, “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma