Gənclər və İdman Nazirliyi nümayəndə heyətinin BMT-nin mənzil-qərargahına səfəri başa çatıb

BMT Təhlükəsizlik Şurası Modeli simulyasiyası ilə bağlı hazırlıq çərçivəsində Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında son görüşlərini keçirib.

APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMT İP) əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin İnkişaf Proqramı rəhbərinin köməkçisi və BMT İP Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu ilə görüşüb.

Görüş zamanı C. Sultanoğlu qeyd edib ki, Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunmuş BMT Təhlükəsizlik Şurası Modeli tədbirinin keçirilməsi İnkişaf Proqramı ilə Azərbaycan Hökuməti münasibətlərinin yüksək səviyyədə olmasının sübutudur.

BMT-nin İctimai İnformasiya Departamentinin Təşviqat Bölməsinin direktoru Mahir Nasserlə və BMT-nin İnkişaf və Sülh naminə İdman Ofisinin Əlaqələndiricisi Erik Dieneslə görüşlərdə azərbaycanlı gənclərin dünya idmanında əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib.

Bakının 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı, 2015-ci ildə Birinci Avropa Oyunları, 2016-cı ildə Şahmat üzrə Dünya Çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və 2019-cu il Bədii Gimnastika üzrə Dünya Çempionatı kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ölkədə dinamik və uğurlu siyasətin nəticəsi olduğu xüsusi vurğulanıb. Azərbaycanda Gənclər sahəsində aparılan islahatlar, Dövlət Proqramı və mövcud təcrübənin digər üzv ölkələrə nümunə kimi tətbiq olunması istiqəmətində birgə səylərin gücləndirilməsi də müzakirə olunub.

Səmimi və işgüzar görüşlərdə nazir müavini İntiqam Babayev BMT-nin İnkişaf Proqramı, habelə alt qurumları ilə əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsi üçün qarşılıqlı maraqların olduğunu qeyd edib və qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.

Xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası Model simulyasiyası bu ilin oktyabr ayında Bakıda keçiriləcək. Tədbirdə Azərbaycan da daxil olmaqla, hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunları iştirak edəcəklər.

Azərbaycan nümayəndə heyətinin BMT-nin Nyu York Qərargahına rəsmi səfəri avqustun 30-da başa çatıb.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma