Bakıda BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya oyununa start verilib

Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşəbbüsü ilə oktyabrın 21-25-də Bakıda keçiriləcək BMT Təhlükəsizlik Şurasının beynəlxalq simulyasiya oyununa (Model United Nations Security Council) start verilib.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən, 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını nəzərə alaraq, simulyasiya oyununun əsas mövzusu kimi “Kibertəhlükəsizlik” seçilib.

Tədbir iştirakçılarının simulyasiyaların keçirilmə prinsip və qaydaları, eləcə də seçilmiş mövzu ilə bağlı biliklərini artırmaq məqsədi ilə konfransdan əvvəl iki gün ərzində (21-22 oktyabr) BMT mütəxəssisləri tərəfindən xüsusi təlim keçirilib.

Simulyasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edəcək 45 gənc beynəlxalq siyasi mövzuları müzakirə edəcək, eyni zamanda Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar.

Tədbirdə gənclər və idman naziri vəzifəsini icra edən Azad Rəhimov, rabitə və informasiya texnologiyaları naziri vəzifəsini icra edən Əli Abbasov, xarici işlər nazirinin müavini Araz Əzimov, BMT-nin Baş katibinin Gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndav və digər rəsmi şəxslər iştirak ediblər. Tədbir zamanı BMT Baş katibi Pan Gi Munun videomüraciəti də səsləndirilib.

Tədbirdə çıxış edən A.Əzimov bildirib ki, İKT-nin həyatımızda inkişafı günümüzü informasiya əsrinə gətirib çıxarır.

Nazir müavini bildirib ki, müasir texnologiyalar artıq həyatımızın bir hissəsinə çevrilib: “Texnologiyanın inkişafı hər şeyi asanlaşdırır. Kibercinayətkarlıq isə hazırda cari məsələlərdən birinə çevrilib. Biz BMT və digər qurumlarla çalışırıq ki, bu təhlükəni aradan qaldıraq. Düşünürəm ki, simulyasiya oyunu çərçivəsində BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkəni təmsil edən 45 gənc beynəlxalq siyasi mövzuları lazımınca müzakirə edə biləcək. Eyni zamanda, Azərbaycan reallıqları ilə daha yaxından tanış olacaqlar. Bununla yanaşı kibertəhlükəsizliliklə daha yaxından xəbərdar olacaqlar. Çünki bu gənclər sabahın beynəlxalq siyasətdə təmsilçiləridirlər”.

Daha sonra A.Əzimov deyib ki, Azərbaycan təkcə milli yox, həmçinin beynəlxalq regional çərçivədə də tədbirlər həyata keçirir.

Nazir müavini bildirib ki, bu gün biz özümüzü həm güclü, həm də zəif hiss edə bilərik: “Çünki texnologiyanın inkişafı həm pozitiv, həm də neqativ hallara yol açır. Kibertəhlükəsizlik BMT-nin əsas gündəliyinə daxil edilməyib. Bu mütləq şəkildə gündəmdə olan bir məsələdir. Çünki bu gün artıq İKT sərhədlər tanımır. Düşünürəm ki, bu məsələdə hər bir ölkə beynəlxalq qanunvericiliyə riayət etməlidir. Deyim ki, GUAM ölkələri bu prosesdə aktivdirlər. Hər bir ölkə informasiya mübadiləsində xüsusi rol oynamalıdır”.

Daha sonra çıxış edən Ə.Əlhəndav deyib ki, “Birləşmiş Millətlər Təşkilatı sənsən” bu ifadəyə hazırda planetin 1,8 milyard gənc sakini, bəşər tarixindəki ən böyük gənc nəsil daxildir.

O bildirib ki, veb xidmətləri və İKT-yə çıxış imkanları artdıqca, təəssüflər olsun ki, kibercinayət və bununla bağlı digər məsələlərdə də artım müşahidə edirik: “Digər tərəfdən isə hər bir kəsin, o cümlədən təcrid olunmuş gənclərin İKT-yə və təhlükəsiz şəbəkələrə çıxışını təmin etməklə onların innovativ potensialını üzə çıxarıb dəstəkləmək imkanları mövcuddur. Bu gün bu toplantıda olmaqdan şadam”.

Advertisements
Bu yazı Məqsəd kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma