Gənclər qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında iştirak imkanı əldə edəcəklər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Azərbaycan Gənclər Fondu birgə olaraq “Qərarların qəbulu və dövlət siyasətinin icrasında gənclərin iştirakı” adlı layihəyə start verir.

Layihənin məqsədi dövlət siyasətinin planlaşdırılması və nəticələrinin əldə olunmasına öz töhfələrini verməklə, Azərbaycan gənclərinin qərarların qəbulu prosesində daha fəal iştirakını təmin etmək və onların gələcək liderlər kimi bacarıqlarını artırmaqdır.

Layihə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının irəli sürdüyü prioritetləri dəstəkləyir və Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması məqsədinə xidmət edir.

Layihədə 2 il müddətinə iştirak etmək üçün 50 nəfər gəncin seçilməsi və layihənin fəaliyyətlərinə fəal şəkildə cəlb olunması nəzərdə tutulmuşdur. Seçilmiş şəxslər şəxsi və peşə bacarıqlarının artırılması istiqamətində müxtəlif təlim kurslarında iştirak edəcək, dövlət orqanlarında təcrübə keçmək imkanı əldə edəcəklər ki, bu onların gələcəkdə dövlət qulluğunda çalışmalarına müsbət təsirini göstərəcəkdir. Eyni zamanda, layihə iştirakçıları Azərbaycanın dövlət nümayəndələri, ictimai-siyasi xadimləri, millət vəkilləri, beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin rəhbərləri, elm və təhsil sahəsinin təmsilçiləri, QHT və KİV rəhbərləri və digər tanınmış ictimai-siyasi şəxslərilə görüşmək və birbaşa fikir mübadiləsi aparmaq şansı əldə edəcəklər. Bununla yanaşı, layihədə fəal iştirak edən gənclərin beynəlxalq tədbirlərdə, müxtəlif beynəlxalq təcrübə proqramlarında iştirak etmələri üçün yeni imkanlar yaradılacaqdır.

Layihədə iştirak etmək arzusunda olan gənclərin məlumatla tanış olması, daha sonra əlavə olunmuş Ərizə Formasını müvafiq qaydada doldurmalasrı məsləhət görülür. Doldurulmuş ərizə forması internet vasitəsi ilə undp_youth@yahoo.com elektron poçt ünvanına göndərilir.

Ərizələrin son qəbulu tarixi 30 sentyabr, 2012-ci ildir.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma